İtaliyada son sutkada 14 minədək insan koronavirusa yoluxub

İtaliyada son sutkada 14 minədək insan koronavirusa yoluxub
# 13 fevral 2021 00:49 (UTC +04:00)

İtaliyada yeni növ koronavirus infeksiyasına son bir gündə daha 13 908 nəfərin yoluxduğu təsdiqlənib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Ötən gün ərzində təsdiqlənmiş statistikaya əsasən, İtaliyada 316 nəfər bu virusdan ölüb, infeksiyadan ölənlərin ümumi sayı 93 045 nəfərə çatıb. Ölkədə hazırda 402 174 aktiv koronavirus xəstəsi var, onlardan 2095-i ağır vəziyyətdədir.

Bütün pandemiya dövrü ərzində yoluxmuş 2 697 296 nəfərdən 2 202 077 nəfər (son sutkada 16 422 nəfər) sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR