İtaliyada son sutkada 19,6 min nəfərə COVID-19 diaqnozu qoyulub

İtaliyada son sutkada 19,6 min nəfərə COVID-19 diaqnozu qoyulub
# 29 mart 2021 02:18 (UTC +04:00)

İtaliyada yeni növ koronavirus infeksiyasına son bir gündə daha 19 611 nəfərin yoluxduğu təsdiqlənib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Ötən gün ərzində təsdiqlənmiş statistikaya əsasən, İtaliyada 297 nəfər bu virusdan ölüb, infeksiyadan ölənlərin ümumi sayı 107 933 nəfərə çatıb. Ölkədə hazırda 573 235 aktiv koronavirus xəstəsi var, onlardan 3679-u ağır vəziyyətdədir.

Bütün pandemiya dövrü ərzində virusa yoluxmuş 3 532 057 nəfərdən 2 850 889 (son sutkada 17 950 nəfər) sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR