İtaliyada son sutkada 37 mindən çox insan koronavirusa yoluxub

İtaliyada son sutkada 37 mindən çox insan koronavirusa yoluxub
# 14 noyabr 2020 21:21 (UTC +04:00)

İtaliyada yeni növ koronavirus infeksiyasına yoluxma hallarının sayı son bir gündə 37 255 nəfər artıb.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Ötən gün ərzində təsdiqlənmiş statistikaya əsasən, İtaliyada 544 nəfər bu virusdan ölüb, infeksiyadan ölənlərin ümumi sayı 44 683 nəfərə çatıb. Ölkədə hazırda 688 435 aktiv koronavirus xəstəsi var, onlardan 3306-sı ağır vəziyyətdədir. Bütün pandemiya dövrü ərzində yoluxmuş 1 144 552 nəfərdən 411 434 nəfər sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR