İtaliyada son sutkada koronavirusdan 30 nəfər ölüb

İtaliyada son sutkada koronavirusdan 30 nəfər ölüb
# 03 iyul 2020 00:04 (UTC +04:00)

İtaliyada son sutka ərzində koronavirusdan 30 nəfər ölüb, 200 nəfər yoluxub.

APA-nın məlumatına görə, bu barədə ölkənin Səhiyyə naziri Roberto Speranza açıqlamasında bildirib.

O qeyd edib ki, bununla da koronavirusa yoluxanların ümumi sayı 240961 nəfərə, ölənlərin sayı isə 34 818 nəfərə çatıb.

Hazırda ölkədə virusa yoluxan 15000-dən çox aktiv xəstə var. Onlardan 963 nəfəri xəstəxanaya yerləşdirilib.

366 nəfərin sağalaraq evə buraxıldığı bildirilib.

Son 24 saat ərzində Lombardiya bölgəsində isə 98 yeni yoluxma halı, 21 ölüm hadisəsi qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR