İtaliyada son sutkada koronavirusdan 766 nəfər ölüb

İtaliyada son sutkada koronavirusdan 766 nəfər ölüb
# 03 aprel 2020 20:37 (UTC +04:00)

İtaliyada koronavirusdan ölənlərin sayı son sutka ərzində 766 nəfər artaraq, ümulikdə 14681 nəfərə çatıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə İtaliyanın Mülki Müdafiə Departamentinin son hesabatında bildirilib.

Qeyd edilib ki, hazırda virusa yoluxanların sayı 85388 nəfəridir. Bu rəqəm əvvəlki gündən 2339 nəfər çoxdur. Bu gün daha 1480 nəfər həkim nəzarətinə götürülüb. Müalicə alanların ümumi sayı 19758 nəfərə çatıb.

Qeyd edək ki, pandemiyanın başlamasından bəri İtaliyada sağalanlar da daxil olmaqla, 119827 nəfər yeni virusa yoluxub. Bir gün əvvəl isə onların sayı 115242 nəfər idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR