İtaliyada son sutkada COVID-19 epidemiyasından ölənlərin sayı 87, yoluxanların sayı 516 nəfər olub.
APA-nın Reuters-ə istinadən verdiyi xəbərə görə, hazırda ölkə üzrə ölənlərin sayı 33 229-a çatıb. Yoluxanların ümumi sayı isə 232 248-ə bərabərdir.
Son 24 saat ərzində 475 nəfər reanimasiyaya yerləşdirilib.
Qeyd edək ki, İtaliya koronavirusdan ölənlərin sayına görə, ABŞ və Britaniyadan sonra dünyada üçüncü, yoluxma hallarına görə isə altıncı ölkədir.