İtaliyada son sutkada koronavirusdan ölüm sayı 174 nəfər olub

İtaliyada son sutkada koronavirusdan ölüm sayı 174 nəfər olub
# 03 may 2020 21:54 (UTC +04:00)

İtaliyada son 24 saat ərzində koronavirusdan ölənlərin sayı 174 nəfərə çatıb.

APA Reuters-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamenti məlumat yayıb.

Bildirilib ki, ölkə üzrə yeni virusdan ölənlərin ümumi sayı 28884-ə çatıb: “Son sutkanın ölüm dinamikası mart ayının ortalarındakı göstəricilərə yaxındır. Martın 10-da 168, 14-də isə 175 ölüm hadisəsi qeydə alınmışdı”.

Qeyd edək ki, İtaliyada son sutkada 1740 nəfər sağalıb, ümumilikdə isə onların sayı 81654-ə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR