İtaliyalı professor: “Payızda infeksiyanın artacağı yüksək ehtimaldır”

İtaliyalı professor: “Payızda infeksiyanın artacağı yüksək ehtimaldır”
# 30 may 2020 06:14 (UTC +04:00)

İtaliyanın Ali Səhiyyə İnstitutunun (İSS) rəhbəri professor Silvio Brusaferro bildirib ki, payızda yeni növ koronavirusun (COVID-19) ikinci dalğası ola bilər.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə İtaliya Nümayəndələr Palatasının Büdcə Komissiyasının iclasında iştirak edən Brusaferro COVID-19-la bağlı ölkəsindəki vəziyyət haqqında məlumat verərkən bildirib.

Payızda, xüsusilə, oktyabrdan sonra yuxarı tənəffüs yolu infeksiyasının daha geniş miqyasda yayılma ehtimalına görə qrip peyvəndinin tövsiyə edildiyini vurğulayan Bursaferro hava damcı yolu ilə yoluxan infeksiyanın digər orqanlarda problemlərə səbəb olacağını qeyd edib.

O, infeksiyalarla texniki və elmi baxımdan mübarizə aparılması ilə yanaşı, mövsümi təsirlərin ayrı bir mövzu olduğuna diqqət çəkib: “Hər halda payızda infeksiyanın artacağı yüksək ehtimaldır”.

İtaliyada iyunun 3-dən bölgələrarası səfərlərin başlanacağını, Şengen dövlətlərilə də sərhədlərin açılması ilə yeni bir mərhələyə giriləcəyini ifadə edən Brusaferro, bu dövrdə daha çox diqqətli olmağın vacibliyini vurğulayıb.

Qeyd edək ki, Avropada COVID-19-dan ilk və ən ciddi təsirlənən ölkə ollan İtaliyada 21 fevral tarixindən bu günə qədər 33 min 142 nəfər koronavirusdan ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR