İtaliyanın Baş naziri: “Karantinin yumşaldılması barədə danışmaq hələ tezdir”

İtaliyanın Baş naziri: “Karantinin yumşaldılması barədə danışmaq hələ tezdir”
  • Clock-gray 02:25
  • calendar-gray 02 Aprel 2020

“İtaliyada koronavirusla bağlı elan olunmuş karantin rejiminin yumşaldılması barədə danışmaq hələ tezdir”.

APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu ölkənin Baş naziri Cüzeppe Konte koronavirusla bağlı keçirilən mətbuat konfransında bildirib.

O qeyd edib ki, ölkədə karantin müddətinin aprelin 13-dək uzadılacaq: "Həyata keçirilən məhdudlaşdırıcı tədbirləri yüngülləşdirə bilmirik. Elmi-texniki komitə ilə daim əlaqə saxlayırıq. Nəticələrin müsbət effekti barədə bizə məlumat verilir. Buna görə də karantin rejiminin aprelin 13-dək uzadılması ilə bağlı sərəncam imzaladım”. 

Baş nazirin sözlərinə görə, hökumət tərəfindən aprelin 14-dən etibarən mövcud rejimin aradan qaldıracağını hazırda demək çətindir, lakin məhdudlaşdırıcı tədbirlərin yüngülləşdirilməsinin mümkünlüyünü araşdırmaq üçün mütəxəssislərlə əlaqə saxlanılır.

Konte vurğulayıb ki, qaydalara riayət olunması dayandırılsa və həyata keçirilən tədbirlərin zəiflədilməsinə başlanılsa, göstərilən səylər nəticəsiz qalacaq.

Rəşad Sarıyev

Digər xəbərlər