İtaliyanın yeni Baş naziri Mario Draqi olacaq

İtaliyanın yeni Baş naziri Mario Draqi olacaq
  • Clock-gray 04:58
  • calendar-gray 13 Fevral 2021

Avropa Mərkəzi Bankının sabiq rəhbəri Mario Draqi İtaliyanın yeni hökumətinə rəhbərlik etməyə razılıq verib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Kvirinal Sarayının mətbuat xidməti Cüzeppe Kontenin istefasından sonra 3 fevral tarixində kabinet qurmaqla bağlı tapşırıq verən ölkə prezidenti Serco Mattarella ilə Draqinin görüşündən sonra bəyan edib.

Bundan əvvəl isə siyasi partiyalarla bir sıra məsləhətləşmələr aparılıb və onların əksəriyyəti Draqini dəstəklədiklərini bildiriblər. Andiçmə mərasimi şənbə günü saat 12:00-da (Bakı vaxtı ilə 15:00) baş tutacaq.

apa-logo-mini

Digər xəbərlər