İzmirə sel gəlib, 2 nəfər ölüb

İzmirə sel gəlib, 2 nəfər ölüb
# 14 dekabr 2020 14:00 (UTC +04:00)

İzmirdə aramsız leysan yağışları nəticəsində Egey dənizi və Menderes çayında daşqın olub.

APA-nın yerli bürosunun xəbərinə görə, dünən gecə saatlarında Menderes rayonunda yolu su basıb, avtomobillər sel suları altında qalıb.

İçərisində 5 nəfər olan avtomobillərdən birini sel 800 metrəyə qədər sürükləyib, 3 nəfər özünü xilas edə bilsə də, 2 nəfər itkin düşüb.

Bu gün itkin düşən şəxslərin meyiti tapılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR