İzmirdə zəlzələdə ölənlərin sayı 98 nəfərə çatıb - YENİLƏNİB-8

İzmirdə zəlzələdə ölənlərin sayı 98 nəfərə çatıb - YENİLƏNİB-8
# 03 noyabr 2020 03:57 (UTC +04:00)

İzmirdəki zəlzələ nəticəsində həyatını itirənlərin sayı 98 nəfərə çatıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib.

***

Saat 01:50

İzmirdəki zəlzələ nəticəsində həyatını itirənlərin sayı 95 nəfərə çatıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib.

Qeyd olunub ki, təbii fəlakət səbəbindən xəsarət alanların sayı 994 nəfər olub, onlardan 147-si xəstəxana şəraitində müalicə olunur, 847-si evə buraxılıb.

***

02 noyabr, saat 21:53

Türkiyənin İzmir şəhərindəki zəlzələdə həyatını itirənlərin sayı 92 nəfərə çatıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib.

Qeyd olunub ki, təbii fəlakət səbəbindən xəsarət alanların sayı 994 nəfər olub.

***

Saat 17:29

İzmirdə zəlzələdə ölənlərin sayı 91 nəfərə çatıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) məlumat verilib.

***

Saat 15:07

İzmirdə zəlzələdən ölənlərin sayı 85 nəfərə çatıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) məlumat verilib.

Bildirilib ki, yaralı sayı isə 994 nəfərdir.

***

Saat 11:57

İzmirdə zəlzələdən ölənlərin sayı 83-ə çatıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Ətraf Mühit və Şəhərsalma naziri Murat Kurum bildirib.

Onun sözlərinə görə, 962 nəfər yaralıdan 219-u xəstəxanada müalicə olunur, onlardan 4-nün vəziyyəti ağırdır.

***

Saat 09:16

İzmirdə zəlzələdən ölənlərin sayı 79-a çatıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) məlumat verilib. Yaralı sayı isə 962 nəfərdir. Yaralananlardan 743 nəfər xəstəxanadan buraxılıb, 219 nəfərin isə müalicəsi davam edir.

İzmirdə 8 binada hələ də xilasetmə işləri aparılır.

Zəlzələ sonrası 1120 afterşok qeydə alınıb. Onlardan 43 afterşokun maqnitudası 4 baldan yuxarıdır.

***

Saat 07:10

İzmirdə zəlzələdən ölənlərin sayı 76 nəfərə çatıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

AFAD-dan bildirilib ki, zəlzələdən xəsarət alanların 962 nəfərdən 743-ü evə buraxılıb, 219-u xəstəxana şəraitində müalicə olunur.

***

Saat 02:08

İzmirdə zəlzələdən ölənlərin sayı 73 nəfərə çatıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) məlumat yayılıb.

AFAD-dan bildirilib ki, zəlzələdən xəsarət alanların 961 nəfərdən 743-ü evə buraxılıb, 218-i xəstəxana şəraitində müalicə olunur.

***

01 noyabr, saat 23:10

İzmirdəki zəlzələdən ölənlərin sayı 69 nəfərə çatıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) məlumat yayılıb.

AFAD-dan bildirilib ki, zəlzələdən xəsarət alanların 949 nəfərdən 729 evə buraxılıb, 220-si xəstəxana şəraitində müalicə olunur.

***

Saat 21:27

Türkiyənin İzmir şəhərində zəlzələdən ölənlərin sayı 64 nəfərə çatıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) məlumat yayılıb.

AFAD-dan bildirilib ki, zəlzələdən xəsarət alanların sayı 949-a çatıb.

Qeyd edək ki, AFAD Seferhisar rayonunda qeydə alınan 6,6 bal gücündə zəlzələdən sonra indiyədək Rixter cədvəli üzrə 975 afterşokun baş verdiyini yazıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR