İzmirdəki zəlzələdə ölənlərin sayı 62 nəfərə çatıb - YENİLƏNİB-8

İzmirdəki zəlzələdə ölənlərin sayı 62 nəfərə çatıb - YENİLƏNİB-8
  • Clock-gray 18:33
  • calendar-gray 01 Noyabr 2020

Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 62 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

***

saat 18:23

İzmirdəki zəlzələdən ölənlərin sayı 60 nəfərə çatıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə İzmir Böyük Şəhər Bələdiyyə sədri Tunç Soyer bildirib.

Bələdiyə sədri qeyd edib ki, təbii fəlakət nəticəsində xəsarət alanların sayı 940 nəfərdir.

***

30 oktyabr saat 15:40

İzmirdəki zəlzələdə həyatını itirənlərin sayı 58-ə yüksəlib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) Samsundakı çıxışında bildirib.

Prezident deyib ki, zəlzələdə xəsarət alanların sayı 920 nəfərdir ki, onlardan 200-ə qədəri xəstəxana şəraitində müalicə olunur. 

***

saat 15:03

İzmirdəki zəlzələ nəticəsində ölənlərin sayı 55 nəfərə çatıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

Nazir deyib ki, xəsarət alanlardan 218 nəfərin müalicəsi xəstəxanalarda davam edir.

***

saat 12.00

İzmirdəki zəlzələ nəticəsində həyatını itirənlərin sayı 51 nəfərə çatıb. 

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Prezidentinin köməkçisi Fuad Oktay məlumat verib.

F.Oktay bildirib ki, yaralı sayı 896 nəfərdir və onlardan 8-i intensiv terapiya şəraitində müalicə alır.

***

saat 10:47

Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 49 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, hazırda 214 nəfər müxtəlif xəstəxanalarda müalicə olunur.

***

saat 10.03

Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 44 nəfərə çatıb.

APA “Milliyet”ə mətbuata istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, hazırda 229 nəfər müxtəlif xəstəxanalarda müalicə olunur.

***

saat 09.13

Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 43 nəfərə çatıb.

APA “Milliyet”ə mətbuata istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, 896 nəfər xəsarət alıb. 

***

Saat 07:12

Türkiyənin İzmir şəhərindəki zəlzələ nəticəsində ölənlərin sayı 42 nəfərə çatıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) məlumat yayılıb.

896 nəfər isə xəsarət alıb. Dağıntıya məruz qalan 9 binada axtarış-xilasetmə işləri davam etdirilir.

***

saat 23:36

İzmirdəki zəlzələ nəticəsində həyatını itirənlərin sayı 39 nəfərə çatıb. 

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) məlumat yayılıb.

Bildirlib ki, yaralı sayı 885 nəfərdir və dağıntıya məruz qalan 9 binada axtarış-xilasetmə işləri davam etdirilir.

Sevil Ünal Hilalqızı

Digər xəbərlər