Kerri: “Aparıcı dövlətlər iqlim problemlərinin həlli üçün ortaq məsuliyyət daşıyır”

Kerri: “Aparıcı dövlətlər iqlim problemlərinin həlli üçün ortaq məsuliyyət daşıyır”
# 14 mart 2021 02:22 (UTC +04:00)

“Dünyanın aparıcı gücləri iqlim böhranının aradan qaldırılması üçün ortaq məsuliyyət daşıyır”.

APA xəbər verir ki, bunu ABŞ prezidentinin İqlim üzrə xüsusi elçisi Con Kerri “Le Monde” qəzetinə verdiyi müsahibədə bildirib.

Kerri qeyd edib ki, iqlim dəyişikliyinə qarşı mübarizədə ABŞ, Çin, Hindistan, Rusiya, Yaponiya və digər dövlətlərin ortaq məsuliyyəti var: “Bu mübarizədə qalib gələ bilərikmi? Bəli, amma bunu vaxtında etməyimiz şərtiylə. Qarşıdakı on il təkcə qərarların deyil, həm də hərəkətlərin onilliyinə çevrilməlidir. Ölkələrin hər biri istixana qazı tullantılarının azaldılması üçün öhdəliklərini artırmalıdır”.

Amerika emissar mövcud ziddiyyətlərə baxmayaraq, böyük güclərin böhranların həllində əməkdaşlıq təcrübəsinə sahib olduqlarını diqqətə çatdırıb: “Bunu artıq tarixdə etmişik. Mixail Qorbaçov Ronald Reyqanla görüşdü və aralarındakı ciddi fikir ayrılıqlarına baxmayaraq, nüvə arsenallarını azaltmağa razı oldular”.

Kerrinin sözlərinə görə, ABŞ digər ölkələri kifayət qədər məsuliyyətdə günahlandırmayacaq: “Hər birimizin öz vəzifələrimiz var. ABŞ 2035-ci ilə qədər karbon neytrallığına çatmağı hədəflədiyib”.

O, ekoloji keçidi hər kəs üçün çətinlik kimi xarakterizə edib. “Hər kəs bu işdə iştirak etməlidir, çünki nəticə hər hansı bir dövlət üçün qazanc olmayacaq, qlobal iqlim böhranının həlli olacaq”.

Kerri əlavə edib ki, aprelin 22-də iqlim problemləri ilə bağlı beynəlxalq sammit keçiriləcək.

Qeyd edək ki, bu həftənin əvvəlində Kerri Fransanın siyasi rəhbərliyi ilə danışıqlar aparmaq üçün Parisə səfər edib. O, Fransa Maliyyə naziri Bruno Le Maire ilə birgə keçirdiyi mətbuat konfransında bu il Paris İqlim Sazişinə dönən ABŞ-ın iqlim dəyişikliyinə qarşı mübarizədə Rusiya, Çin, Hindistan və digər böyük güclərlə əməkdaşlıqda maraqlı olduğunu söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR