Koronavirusa yoluxduğu sonradan aşkarlanan şəxslə görüşən İspaniya Kralı özünü 10 günlük təcrid edəcək

Koronavirusa yoluxduğu sonradan aşkarlanan şəxslə görüşən İspaniya Kralı özünü 10 günlük təcrid edəcək
# 24 noyabr 2020 07:13 (UTC +04:00)

İspaniya Kralı VI Filipin bazar günü təmasda olduğu bir şəxsin sonradan koronavirusa yoluxduğu müəyyən edilib.

APA-nın yerli “El Pais” nəşrinə istinadən verdiyi məlumata görə, bu səbəbdən monarx sanitariya normalarına riayət edərək, 10 gün ərzində öz təcrid etmək qərarına gəlib.

Qeyd edək ki, İspaniyada pandemiya başlayandan bəri 1,58 milyondan çox yoluxma hadisəsi qeydə alınıb. Yeni növ virusdan ölənlərin sayı 43 mini ötüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR