Koronavirusa yoluxmuş Şahzadə Çarlz karantindən çıxıb

Koronavirusa yoluxmuş Şahzadə Çarlz karantindən çıxıb
# 30 mart 2020 16:15 (UTC +04:00)

Böyük Britaniya Kraliçasının vəliəhdi, Şahzadə Çarlz karantindən çıxıb.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, Saraydan verilən məlumatda koronavirus diaqnozundan sonra karantində olan Şahzadə Çarlzın yeddi gündən sonra karantindən çıxdığı və özünü yaxşı hiss etdiyi bildirilib.

Qeyd edək ki, 71 yaşlı Şahzadə Çarlzın koronavirus analizinin nəticəsi müsbət çıxmış, onda koronavirusun yüngül simptomları müşahidə olunmuşdu.

Bu səbəbdən Şahzadə yeddi gün ərzində özünü Şotlandiyadakı sarayında təcrid etmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR