Kreml: NATO qoşunlarının Ukraynaya yerləşdirilməsi gərginliyi artıracaq

Kreml: NATO qoşunlarının Ukraynaya yerləşdirilməsi gərginliyi artıracaq
# 02 aprel 2021 15:31 (UTC +04:00)

“NATO qoşunlarının Ukraynaya yerləşdirilməsi Rusiya sərhədləri yaxınlığında gərginliyə səbəb olacaq və Moskvanı öz təhlükəsizliyini təmin etmək üçün əlavə tədbirlər görməyə məcbur edəcək”.

APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Kremlin sözçüsü Ukraynanın şərqindəki təmas xəttində Ukrayna hökumət qüvvələri ilə separatçı qüvvələr arasında vəziyyətin olduqca narahatedici olduğunu və təxribat yaşandığını vurğulayıb.

Qeyd edək ki, NATO Ukraynanın şərq sərhədinə çox sayda hərbi texnikanın gətirilməsindən narahatlığını ifadə edib. ABŞ-ın müdafiə naziri Lloyd Ostin ukraynalı həmkarı ilə telefon danışığında Rusiyanın Ukraynanın şərqində təxribatçı addımlarını pisləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR