London körpüsünə edilən hücumda yaralanan 5 nəfərdən 2-si ölüb - YENİLƏNİB

London körpüsünə edilən hücumda yaralanan 5 nəfərdən 2-si ölüb - YENİLƏNİB
# 30 noyabr 2019 04:26 (UTC +04:00)

London körpüsünə naməlum şəxs tərəfindən edilən hücum zamanı bıçaqla xəsarət yetirilən 5 nəfərdən 2-si dünyasını dəyişib.

APA “RİA Novosti”yə istinadla xəbə verir ki, bu barədə yerli polisin məlumatında bildirilib.

****

29 noyabr 19:08

London körpüsündə naməlum şəxs bıçaqla ətrafındakılara hücum edib.

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, hadisə yerinə silahlı polislər gəlib, körpü bağlanıb.

Britaniya polisi bir neçə nəfərin yaralanması ilə nəticələnən insidenti törədən şübhəli şəxsə hadisə yerində atəş açıb.

Polis şübhəlinin öldüyünü təsdiqləyib.

Xəbərə görə, bıçaqlanma terror hadisəsi kimi qiymətləndirilib. Polis şübhəlinin üzərində saxta partlayıcı cihaz olduğunu bildirib.

Qeyd edək ki, hadisə şahidlərinin sosial mediada paylaşımlarında şübhəlinin polis gələnədək ətrafdakı vətəndaşlar tərəfindən mühasirəyə alındığı görünür. Hətta vətəndaşlardan biri şübhəlinin əlindəki iri bıçağı almağa müvəffəq olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR