London məhkəməsi Culian Assancı zaminə buraxmaqdan imtina edib

London məhkəməsi Culian Assancı zaminə buraxmaqdan imtina edib
  • Clock-gray 22:30
  • calendar-gray 06 Yanvar 2021

London məhkəməsinin hakimi Vanessa Baraitser, 49 yaşlı Culian Assancın həll edilməmiş məhkəmə işlərindən qaçmaq üçün bir səbəbi olduğunu bildirib. 

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, hakim qeyd edib ki, C.Assancın zaminə buraxılacağı təqdirdə təslim olmamaq ehtimalı var. 

Qeyd edək ki, “WikiLeaks”in təsisçisi C.Assancın ABŞ-a ekstradisiyası iki gün öncə həmin britaniyalı hakim tərəfindən rədd edilib. Hakim Vanessa Baraitser C.Assancın ekstradisiya olunacağı təqdirdə intihar edə biləcəyindən qorxduğu üçün ABŞ hökumətinin ekstradisiya tələbini rədd etdiyini söyləyib.

Xatırladaq ki, C.Assanc son 18 aydır Britaniyada Belmarş həbsxanasında saxlanılır. O, 2012-ci ildə Londondakı Ekvador səfirliyindən siyasi sığıncaq almışdı.

Aytən Abbaslı

Digər xəbərlər