Londonda Corc Floyd üçün keçirilən aksiyadan FOTOREPORTAJ

Londonda Corc Floyd üçün keçirilən aksiyadan FOTOREPORTAJ
  • Clock-gray 00:41
  • calendar-gray 07 İyun 2020

 

ABŞ-da afroamerikalı Corc Floydun polis tərəfindən öldürülməsinə etiraz olaraq Londonda keçirilən aksiyalar davam edir.

APA-nın Böyük Britaniya bürosunun verdiyi xəbərə görə, ötən gün minlərlə insan Parlament Meydanında toplaşaraq öz etirazlarını bildiriblər.

Aksiya iştirakçıları daha sonra Baş Nazir Boris Consonun ofisi olan "Downing Street"ə doğru yürüyərək etirazlara davam ediblər. Onlar Corc Floydun xatirəsini anmaq üçün diz çökərək,  “Corc Floyd üçün ədalət!”, “İrqçiliyə son!” və “Britaniya suçsuz deyil!” kimi şüarlar səsləndiriblər. 

Aksiya iştirakçılarından bəziləri də öz etirazlarını Daxili İşlər Nazirliyinin qarşısında bildirib. 

Qeyd edək ki, bundan öncə aksiya iştirakçıları “Hyde Park”da toplaşmışdı. İyunun 7-də isə ABŞ-ın Britaniyadakı səfirliyinin qarşısında aksiyalar planlaşdırılıb. 

Xatırladaq ki, Minnepolisdə afroamerikalının polis zorakılığı nəticəsində ölməsindən sonra ABŞ-ın müxtəlif ştatlarında kütləvi iğtişaşlar olub.

 

Aytən Abbaslı

Digər xəbərlər