Londonda NATO-nun sammiti keçirilir

Londonda NATO-nun sammiti keçirilir
# 04 dekabr 2019 14:34 (UTC +04:00)

NATO liderlərinin Londonda sammiti keçirilir.

APA-nın NATO-nun sammitində iştirak üçün akkreditə olunmuş London müxbiri xəbər verir ki, təşkilatın 70-ci ildönümünə təsadüf edən sammitdə bloka üzv ölkələrin dövlət və hökumət başçıları iştirak edir.

Tədbirə ev sahibliyi edən Böyük Britaniyanın Baş Naziri Boris Conson üzv dövlətlərə bir-birini müdafiə etmək öhdəliyinin ittifaqın əsas məqsədlərindən biri olduğunu xatırladıb.

Üç saat davam edəcək müzakirələrdə liderlərin müttəfiq qüvvələrin hərbi hazırlığının daha da yaxşılaşdırılması, NATO-nun terrorizmə qarşı fəaliyyət planının yenilənməsi də daxil olmaqla bir sıra məsələlər barədə razılığa gələcəyi gözlənilir.

Onlar Rusiya, silahlara nəzarətin gələcəyi və Çinin yüksəlişi ilə bağlı strateji müzakirələr də aparacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR