Londonda etiraz aksiyaları zamanı 33 nəfər saxlanılıb

Londonda etiraz aksiyaları zamanı 33 nəfər saxlanılıb
# 21 mart 2021 03:36 (UTC +04:00)

Londonda etiraz aksiyaları zamanı saxlanılanların sayı 33-ə çatıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Britaniya paytaxtının polisi məlumat yayıb.

“Saat 18:45-ə (Bakı vaxtı ilə saat 22:45) olan məlumata əsasən, 33 nəfər Londonun mərkəzində aksiyaları müşayiət edən asayiş keşikçiləri tərəfindən nəzarət altına alınıb. Saxlanılmaların əksəriyyəti COVID-19 qaydalarının pozulması ilə əlaqədardır”, - məlumatda belə deyilir.

Qeyd edək ki, şənbə günü Londonun mərkəzində koronavirus məhdudiyyətlərinə qarşı, eləcə də 33 yaşlı Sara Everardın öldürülməsi ilə əlaqədar etiraz aksiyaları təşkil edilib.

Hayd-Parkda toplaşan etirazçılar şəhərin mərkəzi küçələri boyunca yürüş ediblər, daha sonra isə Uaytholl küçəsində yerləşən hökumət binalarına və Britaniya Parlamentinə doğru hərəkət ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR