Londonda koronavirusa görə fövqəladə vəziyyət elan edilib

Londonda koronavirusa görə fövqəladə vəziyyət elan edilib
  • Clock-gray 19:00
  • calendar-gray 08 Yanvar 2021

London meri Sadiq Xan yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı vəziyyətin kəskinləşməsi ilə əlaqədar şəhərdə fövqəladə vəziyyət elan edib.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, London meri bildirib ki, Böyük Britaniyanın paytaxtında koronavirusun yayılması nəzarətdən çıxıb.

Onun sözlərinə görə, hazırda London xəstəxanalarında 7 mindən çox xəstə müalicə olunur ki, bu, ötən il qeydə alınan pik rəqəmdən 35 faiz çoxdur. 

Mer qeyd edib ki, London Təcili Yardım Xidməti gündəlik 8 minə qədər çağırış alır, halbuki normal halda bir gündə 5500-ə qədər çağırış olurdu: “London böhran nöqtəsindədir. Əgər dərhal təcili tədbirlər görməsək, milli səhiyyə xidmətimiz təzyiqə tab gətirməyəcək və nəticədə daha çox insan öləcək. Londonlular böyük fədakarlıqlar edirlər. Özünüzü, ailənizi, dostlarınızı və digər londonluları qorumaq və milli səhiyyə xidmətimizi qorumaq üçün evdə qalın!”

Zümrüd Paşkin

Digər xəbərlər