“Lufthansa” beynəlxalq uçuşları bərpa edir

“Lufthansa” beynəlxalq uçuşları bərpa edir
# 24 may 2020 16:13 (UTC +04:00)

Almaniyanın “Lufthansa” ( LHAG.DE ) aviaşirkəti iyunun ortalarından beynəlxalq uçuşları bərpa edir.

APA-nın “Reuters” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə bu gün aviaşirkətin mətbuat xidməti məlumat yayıb.

“Lufthansa”nın iyunun ortalarından 20 məntəqəyə uçuş həyata keçirməyi planlaşdırır. Həmin məntəqələr sırasında Mayorka, Kipr, Rodos, Faro, Venesiya, İbiza və Malaqa da var. Digər uçuş istiqamətləri gələn həftənin sonlarında açıqlanacaq.

Qeyd edək ki, hazırda “Lufthansa” 9 milyard avro maliyyə yardımı alınması üçün Almaniya hökuməti ilə danışıqlar aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR