Macarıstan XİN başçısı Gürcüstana səfər edəcək

Macarıstan XİN başçısı Gürcüstana səfər edəcək
# 05 iyul 2020 09:21 (UTC +04:00)

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siarto iyulun 6-da Gürcüstana səfər edəcək.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, səfər zamanı Macarıstanın xarici işlər naziri Gürcüstanın baş naziri, xarici işlər naziri, iqtisadiyyat və davamlı inkişaf naziri, regional inkişaf və infrastruktur naziri, eləcə də təhsil naziri ilə görüşlər keçirəcək.

Macarıstanlı nazir gürcü həmkarı Davit Zalkaliani ilə ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərini müzakirə edəcək. Görüşdən sonra nazirlərin birgə bəyanatı olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR