Macarıstan XİN başçısı Gürcüstanda səfərdə olacaq

Macarıstan XİN başçısı Gürcüstanda səfərdə olacaq
# 11 mart 2021 16:34 (UTC +04:00)

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto martın 11-12-də Gürcüstanda rəsmi səfərdə olacaq.

APA-nın yerli bürosunun xəbərinə görə, macarıstanlı nazir səfər çərçivəsində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Baş nazirin müavini və xarici işlər naziri David Zalkaliani, eləcə də iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava ilə görüşlər keçirəcək.

Səfər zamanı Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi ilə Macarıstanın İnnovasiya və Texnologiya Nazirliyi arasında anlaşma memorandumu imzalanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR