Macarıstan XİN başçısı: "Türkiyə dünya iqtisadiyyatında və siyasətində önəmli yeri olan ölkədir"

Macarıstan XİN başçısı: "Türkiyə dünya iqtisadiyyatında və siyasətində önəmli yeri olan ölkədir"
# 25 fevral 2021 15:30 (UTC +04:00)

"Türkiyə dünya iqtisadiyyatında və siyasətində önəmli yeri olan ölkədir."

APA-nın xəbərinə görə, bunu Macarıstanın Xarici İşlər və Ticarət naziri Peter Siyarto Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Macarıstan XİN başçısı bildirib ki, qarşıdakı illərdə Türkiyənin xarici siyasət hədəfləri hər kəs üçün vacibdir.

"Macarıstanın təhlükəsizlik, səhiyyə və enerji sahəsində olan maraqları bu ölkənin Türkiyə ilə əlaqələrinin gücləndirilməsini tələb edir", nazir deyib.

O bildirib ki, Macarıstan şirkəti yeni doğulan körpələr üçün lazım olan tibbi avadanlığın Türkiyədə istehsalı ilə bağlı danışıqlar aparır.

Peter Siyarto Macarıstan və Türkiyənin Afrikada da əməkdaşlıq etdiyini, hər iki ölkənin dəstəyi ilə dəyəri milyard dollarla ölçülən xəstəxana tikildiyini deyib.

Türkiyənin təhlükəsizlik sahəsində rolunu qeyd edən macar nazir bildirib ki, hazırda Türkiyədə 4 milyon miqrant var: "Əgər bu miqrantlar birdən-birə Avropaya gələrlərsə, biz böyük çətinliklə üzləşərik. Pandemiya dövründə bu insanlar həm də sağlıq riski daşıyır. Türkiyə öz sərhədini qorumasa, bu insanlar Avropaya qədər gələ, xüsusilə də Mərkəzi Avropaya axın edə bilərlər. Ona görə də xahiş edirəm, Türkiyə ilə bağlı tənqid səsləndirərkən bu məsələləri düşünsünlər. Əgər Türkiyə bu miqrantlara ev sahibliyi etməsə, bu 4 milyon miqrant Avropaya axın edəcək".

Türkiyə və Macarıstan arasında təhsil, mədəniyyət sahəsində əlaqələrə toxunan nazir bildirib ki, 2023-2024-cü illərdə ortaq Macarıstan-Türk mədəniyyət ili elan olunnması barədə razılığa gəlinib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR