Macarıstan XİN başçısı koronavirusa yoluxub

Macarıstan XİN başçısı koronavirusa yoluxub
  • Clock-gray 12:46
  • calendar-gray 04 Noyabr 2020

Macarıstanın Xarici İşlər və Ticarət naziri Peter Siyarto yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın xəbərinə görə, bu barədə “mti.hu” saytı məlumat yayıb.

Bildirilib ki, Macarıstanın XİN başçısının koronavirus testinin nəticəsi pozitiv çıxıb.

Qeyd olunub ki, hazırda Tailandda səfərdə olan nazir paytaxt Banqkokda özünü təcrid edib. Onda COVID‑19-un simptomları yoxdur. Nazir Macarıstana aparılacaq və karantinə alınacaq.

apa-logo-mini

Digər xəbərlər