Macarıstanda koronavirusa qarşı məhdudiyyətlər martın 1-dək uzadılır

Macarıstanda koronavirusa qarşı məhdudiyyətlər martın 1-dək uzadılır
  • Clock-gray 02:14
  • calendar-gray 29 Yanvar 2021

Macarıstan hökuməti koronavirusa qarşı tətbiq edilən məhdudiyyətlərin martın 1-dək uzadılmasını qərara alıb. 

APA Reuters-ə istinadən xəbər verir ki, bu barədə parlamentin təcili çağırılmış iclasında hökumət səlahiyyətliləri məhdudiyyətlərlə bağlı qadağanın 90 gün müddətinə uzadılması təklifini irəli sürəcək.

Qeyd edək ki, ölkədə axşam saatlarında dükanların və restoranların bağlanması da daxil olmaqla ötən ilin noyabrında tətbiq edilmiş mövcud məhdudiyyətlər fevralın 1-də bitməli idi.

 

apa-logo-mini

Digər xəbərlər