Madriddə güclü partlayış zamanı 3 nəfər ölüb 11 nəfər yaralanıb - YENİLƏNİB-1

Madriddə güclü partlayış zamanı 3 nəfər ölüb 11 nəfər yaralanıb - YENİLƏNİB-1
# 21 yanvar 2021 00:12 (UTC +04:00)

Madriddə güclü partlayış nəticəsində ölənlərin sayı 3, yaralananların sayı isə 11 nəfərə çatıb.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Madrid Təcili yardım xidmətinin “Twitter” səhifəsində bildirilib.

Qeyd edilib ki, yaralılardan birinin vəziyyəti ağırdır: “Digər 10 nəfər yüngül xəsarət alıb. Onlardan 3-ü xəstəxanaya yerləşdirilib. Partlayış baş verən ərazidə yerləşən bir neçə bina təhlükəsizlik məqsədi ilə boşaldılıb”.

Milli Polisin “Twitter” hesabında bildirilib ki, “TEDAX” partlayıcı maddənin zərərsizləşdirilməsi üzrə mütəxəssislər təhlükəsiz tədbirləri gördükdən sonra dağıntılar altında qalması ehtimal edilən insanların axtarışına başlanılacaq.

***

20 yanvar, saat 19:01

Madriddə baş verən partlayışda ölənlər və xəsarət alanlar var.

APA-nın “RİA Novosti”yə istinadən məlumatına görə, İspaniya paytaxtının mərkəzindəki partlayış nəticəsində ən azı altı nəfər yaralanıb, bir neçə nəfər həlak olub.

İlkin məlumatlara görə, partlayışa qaz sızması səbəb olub.

***

18:31

İspaniyanın paytaxtı Madriddə güclü partlayış baş verib.

APA-nın “RİA Novosti”yə istinadən məlumatına görə, hadisə şəhərin Toledo küçəsində qeydə alınıb. Partlayış nəticəsində binalardan birinin bir hissəsi dağılıb.

Hadisənin başvermə səbəbi və zərərçəkənlər barədə məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR