Makron: "Aprelin 3-dən sərt karantin rejimi tətbiq ediləcək"

Makron: "Aprelin 3-dən sərt karantin rejimi tətbiq ediləcək"
# 01 aprel 2021 07:10 (UTC +04:00)

Fransa Prezidenti Emmanuel Makron xalqa müraciəti zamanı aprelin 3-dən etibarən ölkənin bütün bölgələrində sərt karantin rejiminin tətbiq ediləcəyini elan edib.

Rejimə uyğun olaraq, bütün təhsil müəssisələri üç həftə bağlanacaq.

Axşam saat 19:00-dan səhər 6:00-a qədər komendant saatı qüvvədə olacaq. Gələn həftədən bölgələr arası səyahətlər qadağan ediləcək. Şəhər sakinlərinə evlərindən 10 km-dək uzaqlaşmasına icazə verilir.

Qeyd edək ki, prezidentin fərmanına əsasən, məhdudlaşdırıcı tədbirlərin əməl olunmasına ciddi nəzarət ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR