Marneulidə əhalinin su təchizatı yaxşılaşdırılır

Marneulidə əhalinin su təchizatı yaxşılaşdırılır
# 23 dekabr 2020 14:39 (UTC +04:00)

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun 5 kəndində və rayon mərkəzində əhalinin su təchizatı yaxşılaşdırılır.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Vahid Su Təchizatı Şirkəti məlumat yayıb.

Bildirilib ki, tikintisi davam etdirilən layihə çərçivəsində yeni nasos stansiyalarının və su rezervlərin inşasına başlanılıb.

Layihə tamamlandıqdan sonra təxminən 36 500 nəfərin 24 saat fasiləsiz su ilə təmin ediləcəyi bildirilib. Ərazidə kanalizasiya xətlərinin də çəkilməsinin də yaxın vaxtlarda tamamlanacağı qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR