Merkel Trampla koronavirus təhlükəsini və Əfqanıstandakı vəziyyəti müzakirə edib

Merkel Trampla koronavirus təhlükəsini və Əfqanıstandakı vəziyyəti müzakirə edib
# 28 mart 2020 05:17 (UTC +04:00)

Almaniyanın Baş Naziri Angela Merkel ABŞ Prezidenti Donald Trampla telefon bağlantısı quraraq, koronavirus pandemiyası və Əfqanıstan ətrafında müzakirələr aparıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin saytında məlumat verilib.

“Danışıqların əsas mövzusu koronavirusun yayılması olub. Kansler və ABŞ Prezidenti bu mövzuda sıx əlaqəni saxlamaqda və əməkdaşlığın mümkünlüyündən istifadə etməkdə razılığa gəliblər”, - məlumatda belə deyilir.

Tərəflər, həmçinin Əfqanıstandakı vəziyyəti müzakirə edərək, “ölkə daxilində sülh danışıqlarının tez bir zamanda başlamasında ümumi maraqlar”ını ortaya qoyublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR