Merkel: "Liviya ilə bağlı konfransda silah embarqosu məsələsi razılaşdırılıb"

Merkel: "Liviya ilə bağlı konfransda silah embarqosu məsələsi razılaşdırılıb"
  • Clock-gray 23:02
  • calendar-gray 19 Yanvar 2020

Berlində keçirilən Liviya ilə bağlı konfransın iştirakçısı olan ölkələr münaqişə tərəflərinə silah tədarükü ilə bağlı embarqo, habelə belə bir qərarın icrasına nəzarətin gücləndirilməsi barədə razılığa gəliblər.

APA xəbər verir ki, bu barədə Almaniya kansleri Angela Merkel açıqlama verib.

“Embarqoya hörmətlə yanaşırıq və əvvəlkindən daha çox nəzarət edilməli olması ilə razıyıq”, - deyə Merkel bildirib.

Merkelin fikrincə, bu münaqişə “yalnız siyasi yolla həll edilə bilər”. O, danışıqların “ciddi və gərgin” olduğunu qeyd edib.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date