Məhkəmə Fransanın sabiq Baş Nazirini saxtakarlıqda təqsirli bilib

Məhkəmə Fransanın sabiq Baş Nazirini saxtakarlıqda təqsirli bilib
# 29 iyun 2020 16:45 (UTC +04:00)

Fransa məhkəməsi sabiq Baş nazir François Fillonu saxtakarlıqda təqsirli sayıb.

APA-nın "euronews"a istinadən verdiyi xəbərə görə, sabiq Baş Nazir F. Fillon vəzifədə olarkən parlament məsələləri üzrə köməkçisi postunda çalışan həyat yoldaşına heç vaxt görmədiyi işin müqabilində dövlət büdcəsindən 1 milyon avro ödəyib.

“Görülən iş ödənişlə müqayisə edilməyib. Xanım Fillon zərurət olmayan bir vəzifəyə işə götürülüb və ona ödəniş edilib”, - deyə məhkəmənin sədri deyib.

F. Fillon həmçinin dövlət vəsaitlərini mənimsəmək və gizlətməkdə günahkar bilinib.

Məhkəmənin qərarı ilə sabiq Baş Nazir 3 ili şərti cəza olmaqla, 5 il müddətinə azadlıqdan məhrum edilib. Onun həyat yoldaşına isə 3 il şərti cəza verilib. Onların hər ikisi ümumilikdə 375 min avro məbləğində cərimə olunublar.

Qeyd edək ki, F. Fillonla bağlı araşdırma 2017-ci ilin yanvarında "Canard Enchaine" satirik jurnalında dərc olunan məqalədən sonra başladılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR