Milyarder Devid Barklay vəfat edib

Milyarder Devid Barklay vəfat edib
# 13 yanvar 2021 16:24 (UTC +04:00)

Böyük Britaniyalı milyarder, media maqnatı Devid Barklay vəfat edib.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, 86 yaşlı milyarder qısa sürən xəstəlikdən sonra vəfat edib.

O, Britaniyanın ən böyük qəzetlərindən olan “Daily Telegraph”ın şəriki olub.

Qeyd edək ki, Devid Barklay əkiz qardaşı Frederiklə birgə dövrünün ən uğurlu iş adamlarından hesab olunub. 2020-ci ildə “Sunday Times”in varlı şəxslərin siyahısında adı qeyd olunan D. Barklay otellər, qəzetlər və mağazalar zəncirindən ibarət 7 milyard funt-sterlinq varidata sahib olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR