Misir və Fransa prezidentləri görüşüb

Misir və Fransa prezidentləri görüşüb
# 07 dekabr 2020 14:26 (UTC +04:00)
Misir Prezidenti Əbdülfəttah əs-Sisi Fransada səfərdədir.
APA-nın "Al-Arabiya"ya istinadən verdiyi xəbərə görə, səfər çərçivəsində Misir Prezidenti Yelisey sarayında fransalı həmkarı Emmanuel Makronla görüşüb.
Qeyd edək ki, Əbdülfəttah əs-Sisi Fransaya 3 günlük rəsmi səfərə gəlib. Dekabrın 6-da o, Fransanın xarici işlər naziri ilə görüşüb.
Xatırladaq ki, səfər Qahirə və Parisin Türkiyənin Liviya da daxil olmaqla, Yaxın Şərqdə və Aralıq dənizində artan rolu ilə bağlı ortaq narahatlıqlar fonunda yaxınlaşdıqları bir vaxta təsadüf edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR