Moldovada iki deputat koronavirusa yoluxub

Moldovada iki deputat koronavirusa yoluxub
# 20 iyul 2020 11:18 (UTC +04:00)

Moldova parlamentinin iki üzvü yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, “Şor” partiyasının iki üzvü – İqor Ximiç və Vladimir Vityukun koronavirus testlərinin nəticələri pozitiv çıxıb.

Qeyd olunub ki, hər iki deputat ev şəraitində müalicə olunacaqlar.

Xatırladaq ki, Moldovada indiyədək COVID-19-a 20 980 yoluxma qeydə alınıb, virusa yoluxan 684 nəfər vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR