Moldovanın Konstitusiya məhkəməsi prezidentin fərmanını qanunsuz elan edib

Moldovanın Konstitusiya məhkəməsi prezidentin fərmanını qanunsuz elan edib
# 23 fevral 2021 19:10 (UTC +04:00)

Moldovanın Konstitusiya məhkəməsi prezident Maya Sandunun fərmanını qanunsuz elan edib.

APA-nın TASS-a istinadən verdiyi xəbər görə, bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb.

"Moldova Respublikası Prezidentinin 11 fevral 2021-ci il tarixli 32-IX nömrəli fərmanının (Baş nazir vəzifəsinə namizəd göstərilməsi haqqında) konstitusiyanın pozulması kimi tanınır", - deyə Konstitusiya məhkəməsinin qərarında bildirilib.

Qeyd edək ki, prezident M. Sandu namizədliyi daha əvvəl parlament tərəfindən rədd edilmiş Natalya Gavrilitsanı yenidən baş nazir vəzifəsinə namizəd göstərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR