Moskvada koronavirusdan daha 4 nəfər ölüb

Moskvada koronavirusdan daha 4 nəfər ölüb
# 04 aprel 2020 01:04 (UTC +04:00)

Moskvada koronavirusdan daha 4 nəfər dünyasını dəyişib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Koronavirusla əlaqədar vəziyyətin monitorinqi üzrə Əməliyyat Qərargahından bildirilib.

Qeyd edilib ki, ölənlərdən biri 34, digərləri isə 80-86 yaş aralığındadır. Koronavirus infeksiyası aşkarlanmış hər 4 xəstədə sətəlcəmlə yanaşı, piyelonefrit, xroniki bronxit, hipertansiyon, ateroskleroz kimi xəstəliklərin müşahidə edildiyi vurğulanıb.

Xroniki bronxitdən əziyyət çəkən 34 yaşlı xəstədə ürək və mədəaltı vəzi problemi də olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR