Mövlud Çavuşoğlu Vladimir Zelenski ilə görüşüb

Mövlud Çavuşoğlu Vladimir Zelenski ilə görüşüb
# 18 dekabr 2020 16:30 (UTC +04:00)

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb.

APA-nın xəbərinə görə, bu barədə Türkiyə XİN başçısı "Twitter"də bildirib.
"Prezident Rəcəb Tayyib Ərdoğanın salamlarını Ukrayna dövlət başçısına çatdırdıq. Ukrayna ilə münasibətlərimiz mükəmməl səviyyədədir. 9-cu Yüksək Səviyyəli Strateji Şuranın növbəti iclasını gələn il ölkəmizdə keçirəcəyik", - deyə M. Çavuşoğlu qeyd edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR