Mövlud Çavuşoğlu ilə NATO-nun Baş katibi arasında telefon danışığı olub

Mövlud Çavuşoğlu ilə NATO-nun Baş katibi arasında telefon danışığı olub
# 30 noyabr 2019 01:01 (UTC +04:00)

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə NATO-nun Baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı tərəflər arasında dekabrın 3-4-də NATO-nun 70-ci ildönümü ilə əlaqədar Londonda üzv ölkələrin liderlərinin keçirəcəyi Zirvə toplantısından bəhs edilib. Müzakirə edilən digər məsələlərdən biri də Türkiyənin Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə kompleksi barədə olub. NATO rəhbəri bununla bağlı narahat olduqlarını dilə gətirib.

Qeyd edək ki, İngiltərənin “The Economist” nəşri NATO-nun gündəmində Türkiyənin öz nüvə proqramını işə sala biləcəyi və bu məsələnin Şimali Atlantika alyansındakı müttəfiqləri ciddi narahat etdiyini yazıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR