Məşhur fransız rejissora bıçaqla ağır xəsarət yetirlib

Məşhur fransız rejissora bıçaqla ağır xəsarət yetirlib
# 18 mart 2021 06:14 (UTC +04:00)

Fransanın Məşhur teatr rejissoru Alen Franson Monpelenin mərkəzində bıçaqlı hücuma məruz qalıb.

APA “Actu” xəbər portalına istinadən xəbər verir ki, 75 yaşlı rejissor ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hücum edən şəxs onun boyun nahiyəsinə, yuxu arteriyaya yaxın hissəyə zərbə endirib.

Polis hadisənin baş verdiyi ərazini mühasirəyə alıb. Ərazidən üzərində qan izləri olan bıçaq tapılıb.

Cinayətkarın kimliyi və hadisənin motivləri müəyyənləşdirilməyib.

Qeyd edək ki, Alen Franson Paris də daxil olmaqla, Fransanın müxtəlif şəhərlər teatrlarına rəhbərlik edib. İki dəfə (1995 və 2010-cu illərdə) ölkənin ən yaxşı teatr rejissoru olaraq “Moliere” milli mükafatına layiq görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR