Mustafa Şəntop: "Azərbaycan və Türkiyə parlamentlərinin əlaqələri ən üst səviyyədədir"

Mustafa Şəntop: "Azərbaycan və Türkiyə parlamentlərinin əlaqələri ən üst səviyyədədir"
# 17 iyul 2020 10:07 (UTC +04:00)

“Azərbaycan və Türkiyə parlamentlərinin əlaqələri dünyadakı iki ölkələr arasında olan əməkdalığın ən üst səviyyəsindədir”.

Bunu APA-ya müsahibəsində Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop deyib.

M.Şəntob bildirib ki, Türkiyə parlamentinin ondan əvvəlki rəhbərləri də Azərbaycan Milli Məclisinin rəhbərliyilə sıx əməkdaşlıqda olub: “Mən də həmçinin. Azərbaycan parlamentinin bundan öncəki rəhbəri “Oqtay Abi” dedyimiz hörmətli Oqtay Əsədovla mütəmadi ələqələrimiz vardı, hazırkı Milli Məclis rəhbəri Sahibə Qafarova ilə də əməkdaşlığımız davam edir.

Biz bir millət, iki dövlət deyiriksə, milli məclislər də millətin nümayəndələrindən formalaşır. Biz parlamentlərimizə bir millətin fərqli coğrafiyalarındakı təzahürləri olaraq baxırıq”.

Mustafa Şəntopun sözlərinə görə, TBMM-ə yeni seçilən bütün sədrlərinin ilk səfəri bir qayda olaraq Azərbaycana və Şimali Kipr Türkiyə Respublikasına olur: “Yəqin ki, xatırlayarsınız, bu, bir xəbər başlığı da olmuşdu. Mən də ilk seçildiyim zaman qardaş Azərbaycana belə bir səfərim baş tutdu. Biz Azərbaycanda olduğumuz zaman özümüzü evimizdəki kimi hiss edirik”.

TBMM rəhbəri bildirib ki, bir çox mövzularda Azərbaycan parlament rəhbərliyilə müzakirələr və fikir mübadiləsi aparılır: “Pandemiya səbəbindən bu aralar əlaqələr bir az səngiyib. Amma ən qısa zamanda xanım Qafarovanı Türkiyədə gözləyirəm və mən də Azərbaycana getməyi arzu edirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR