NATO Baş katibi və Əfqanıstan Prezidentinin telefon danışığı olub

NATO Baş katibi və Əfqanıstan Prezidentinin telefon danışığı olub
# 19 fevral 2021 13:55 (UTC +04:00)

NATO Baş katibi Yens Stoltenberq və Əfqanıstan Prezidenti Əşrəf Qani arasında telefon danışığı olub.

APA-nın xəbərinə görə, bu barədə NATO Baş katibi “Twitter”də bildirib.

“NATO bizim missiyamıza və Əfqanıstan təhlükəsizlik qüvvələrinin terrorizmlə mübarizəsində verdiyi dəstəyə sadiq qalır. Bütün tərəflər həll yolu tapmaq üçün sülh prosesini canlandırmalıdırlar”, - deyə NATO Baş katibi qeyd edib.

Xatırladaq ki, fevralın 17-18-də NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin videokonfransı keçirilib. NATO müttəfiqləri hərbi blokun liderlik etdiyi Qətiyyətli Dəstək Missiyası çərçivəsində Əfqanıstan təhlükəsizlik qüvvələrinə təlim və maliyyə dəstəyi verməyə davam edəcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR