NATO: Gürcüstanda müxalifət partiyasının liderinin həbsi narahatlıq doğurur

NATO: Gürcüstanda müxalifət partiyasının liderinin həbsi narahatlıq doğurur
  • Clock-gray 13:23
  • calendar-gray 23 Fevral 2021

"Gürcüstanda əsas müxalifət partiyasının rəhbərinin həbs edilməsi narahatlıq doğurur”.

APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bu barədə NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay "Facebook"da bildirib. 

“Biz Gürcüstanda hadisələri yaxından izləyirik. Ölkənin əsas müxalifət partiyasının liderinin həbs edilməsi narahatlıq doğurur. NATO yaxın tərəfdaşı olan Gürcüstandan əldə etmək üçün çox çalışdığı Avro-Atlantik demokratik standartları qoruyub saxlamasını gözləyir. Bura siyasi ayrılıqların dialoq yolu ilə və qütbləşdirici ritorikadan və əməllərdən çəkinərək həll edilməsi də daxildir”, - deyə o qeyd edib.

Səid Babazadə

Digər xəbərlər