NATO-da Rusiyanı ABŞ-ın varlığı üçün təhlükə sayırlar

NATO-da Rusiyanı ABŞ-ın varlığı üçün təhlükə sayırlar
  • Clock-gray 09:46
  • calendar-gray 25 Fevral 2021

“Rusiya bütün dünyada vəziyyəti gərginləşdirir, ABŞ və onun müttəfiqləri üçün təhlükə yaradır”.

APA-nın məlumatına görə, bunu ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığının və NATO-nun Avropadakı Birləşmiş Qüvvələrinin komandanı, general Tod Uolters Hərbi Hava Assosiasiyasının simpoziumunda bəyan edib.  

“Beynəlxalq ictimaiyyətin hərtərəfli qınağına və iqtisadi sanksiyaların davam etdirilməsinə baxmayaraq, Rusiya bütün dünyada qeyri-stabilliyə yönələn pis niyyətli əməllərə yol verir. Bu əməllərin çoxu isə Avropada törədilir. Rusiya ABŞ-ın və bizim Avropadakı müttəfiqlərimizin varlığına təhlükə olmağa davam edir”, - deyə general Uoltersin ABŞ Müdafiə Nazirliyinin saytında yerləşdirilmiş çıxışında deyilir.

General əlavə edib ki, Rusiya guya sovet dövründə olan təsir dairəsini saxlamağa çalışır və qonşu ölkələri nəyəsə vadar etmək üçün güc tətbiq edir.

“Bundan başqa, Rusiya ABŞ və onun müttəfiqlərini zəiflətmək və parçalamaq üçün qeyri-ənənəvi yollara əl atır”, - deyə cənab Uolters bildirib.

 

apa-logo-mini

Digər xəbərlər