NATO-nun Gürcüstanda keçirilən iclasında koronavirusa yoluxma aşkarlanıb

NATO-nun Gürcüstanda keçirilən iclasında koronavirusa yoluxma aşkarlanıb
# 03 sentyabr 2020 13:18 (UTC +04:00)

Gürcüstanın Poti limanında Gürcüstan, Türkiyə və Amerika nümayəndələrinin iştirakı ilə keçirilən NATO hərbçilərinin iclasında koronavirusa yoluxma aşkarlanıb.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə Poti İctimai Sağlamlıq Mərkəzi məlumat yayıb. Bildirilib ki, Gürcüstan Müdafiə Nazirliyinin təşkilatçılığı ilə keçirilən iclasda iştirak edən Türkiyə nümayəndəsində koronavirusa yoluxma təsdiqlənib.

İclasda ümumilikdə 13 nəfərin iştirak etdiyi bildirilir. Yoluxan şəxsin vəziyyətinin qənaətbəxş olduğu, digər iclas iştirakçılarının isə fərdi izolyasiyaya alındığı açıqlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR