NATO-nun koronavirusa yoluxmuş keçmiş baş katibi sağalıb

NATO-nun koronavirusa yoluxmuş keçmiş baş katibi sağalıb
# 09 aprel 2020 23:22 (UTC +04:00)

NATO-nun koronavirusa yoluxmuş keçmiş baş katibi Haviyer Solana sağalıb.

APA-nın xəbərinə görə, bu barədə Haviyer Solana özü "Twitter"də bildirib.

"Dörd həftə yarımdan sonra mən xəstəxananı tərk edirəm və evə gedirəm. Bu müddət ərzində məni dəstəkləyən bütün dostlarıma təşəkkür edirəm", - deyə o qeyd edib.

Xatırladaq ki, koronavirusa yoluxduğu məlum olduqdan sonra NATO-nun 77 yaşlı sabiq baş katibi Haviyer Solana martın əvvəllərində Madriddə xəstəxanaya yerləşdirilib.

Haviyer Solana 1992-1995-ci illərdə Baş nazir Felipe Qonzalesin başçılıq etdiyi hökumətdə İspaniyanın Xarici İşlər naziri, 1995-1999-cu illərdə NATO-nun baş katibi, 1999-2009-cu illərdə Avropa İttifaqının Xarici Siyasət üzrə Ali Nümayəndəsi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR