NATO ölkələri 2021-ci il üçün hərbi və mülki büdcəni təsdiqləyib

NATO ölkələri 2021-ci il üçün hərbi və mülki büdcəni təsdiqləyib
# 17 dekabr 2020 12:45 (UTC +04:00)

NATO ölkələri 2021-ci il üçün hərbi və mülki büdcəni təsdiqləyib.

APA-nın xəbərinə görə, bu barədə NATO-nun rəsmi saytında məlumat verilib.

Bildirilib ki, NATO müttəfiqləri 2021-ci il üçün mülki büdcəni 258.9 milyon avro, hərbi büdcəni isə 1.61 milyard avro məbləğində müəyyənləşdiriblər.

Ümumi Daxil məhsula (ÜDM) əsaslanan razılaşdırılmış xərclərin bölüşdürülməsi formuluna əsasən bütün üzv ölkələr bu büdcələrə töhfə verirlər.

Mülki büdcə NATO-nun Brüsseldəki qərargahında heyət, əməliyyat xərcləri və proqram xərcləri üçün vəsaiti təmin edir və 2020-ci illə müqayisədə 0,9% artıb.

Hərbi büdcə NATO Komandanlıq Strukturu qərargahlarının və proqramlarının, missiyaların və beynəlxalq əməliyyatların əməliyyat xərclərini qarşılayır və 2020-ci illə müqayisədə büdcə 5% artıb.

2021-ci ildə hərbi büdcədən 254.9 milyon avro NATO-nun Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyası da daxil olmaqla missiya və əməliyyatlarının maliyyələşdirilməsinə yönəldiləcək, bura NATO-nun İraqdakı təlim missiyası və Kosovadakı KFOR sülh dəstək əməliyyatı daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR